Xəbər lenti

“Suriya müxalifəti İdlibin siyasi həllində iştirak etməlidir”.

Bu barədə Türkiyə prezidenti bazar ertəsi Rusiyanın “Kommersant” qəzetinə müsahibəsində deyib. Eurasia Diary Anadolu Agentliyinə istinadən xəbər verir ki,Rəcəb Tayyib Ərdoğan Türkiyənin bu problemdə əsas prioritetləri kimi mülki şəxslərin qorunması, müxalif qüvvələrin mühafizəsi və de-eskalasiya zonasının saxlanılması olduğunu söyləyib.

“Müxalif qüvvələrin iştirakı hələ Astana zirvəzində vacib idi”,- deyə Ərdoğan bildirib. Türkiyə bu qüvvələrin terrorçu adlandırılmasının əleyhinədir: “Müxalif qüvvələr regionda qalacaq, lakin hər iki tərəfin müəyyənləşdirdiyi radikal qruplar isə ərazini tərk edəcək. Türkiyə Suriya ilə sərhəddə terrorçuların mövcudluğuna göz yuma bilməz. Bizim mövqeyimiz Afrin, əl-Bab və İdlib əməliyyatları ilə aydındır”, – deyə Ərdoğan söyləyib.

PYD və YPG qrupları ərazidən çıxarılmalıdır və ABŞ bu qüvvələrə dəstəyini dayandırmalıdır”, – deyən Ərdoğan “Biz bu məsələdə Rusiyanın kömək edəcəyini gözləyirik”, söyləyib.

“İnanıram ki, Türkiyə və Rusiya xalqları dərin, səmimi və sıx bir əlaqədə olmalıdırlar və vurğulamaq istəyirəm ki, biz həmişə bu istiqamətdə səy göstərəcəyik”.

 




Ana səhifəyə qayıt        Baxış: 471          Tarix: 24-09-2018, 16:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma