Xəbər lenti

Rusiyanın müxalifət lideri Aleksey Navalnı 20 sutkalıq həbsə məhkum edilib. Məhkəmənin sentyabrın 24-də çıxardığı qərara görə o, müxalifət etirazının təşkilində təqsirli bilinib.

Navalnınin ictimai toplantıları məhdudlaşdıran qanunvericiliyi pozduğu iddia olunur.

“Amnesty International” hüquq-müdafiə təşkilatı Navalnını “heç bir cinayət törətməyən vicdan məhbusu” adlandırıb.

“Rusiya hakimiyyəti onu dərhal və qeyd şərtsiz buraxmalı, onun ifadə və sərbəst toplaşma hüququna tam sayqı göstərməlidir”, – qurumun Rusiyadakı ofisinin direktoru Natalya Zviagina deyib.

(azadlıq.org)

 




Ana səhifəyə qayıt        Baxış: 331          Tarix: 25-09-2018, 11:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma