Xəbər lenti

İsveçin avtomobil istehsalı şirkəti “AB Volvo” İranda maşınların yığılması xəttini dayandırıb. Şirkətin sözçüsü “Reuters” agentliyinə deyib ki, buna səbəb ABŞ sanksiyalarına görə İranın ödənişləri edə bilməməsidir.

Xatırladaq ki, Birləşmiş Ştatlar İran üzərinə sanksiyaları avqust ayında, prezident Tramp ABŞ-ı 2015-ci il nüvə sazişindən çıxardıqdan sonra bərpa edib. Vaşinqton İran üzərinə qalan sanksiyaları noyabr ayında qüvvəyə mindirəcək.

ABŞ-ın İran sanksiyalarını bərpa etmək qərarı Avropa boyunca bir çox şirkətləri bu ölkəyə investisiya yatırmaq niyyətindən əl çəkməyə vadar edib. İndiyədək Fransanın “Total” neft-qaz şirkəti, Almaniyanın “Daimler” və “Deutsche” Telekom şirkətləri İrandan çıxıblar.

“Volvo” şirkətinin sözçüsü Fredrik Ivarsson “Reuters” agentliyinə deyib ki, İran şirkət tərəfindən təchiz edilən avtomobil hissələrinə görə ödənişləri resllaşdıra bilmir. O bildirib ki, Birləşmiş Ştatların İran sanksiyaları bu ölkədəki bank sistemini tranşlar etmək imkanından məhrum edib.

ABŞ sanksiyaları İranla biznes əməkdaşlığına girən Avropa şirkətlərinə cərimələr qoyulmasını nəzərdə tutur. Sanksiyaların şərtlərinə görə İranla biznes edən Avropa şirkətlərinin ABŞ bank sistemindən, habelə birjalardan istifadəsi qadağan olunur.

(Azadlıq radiosu)

 




Ana səhifəyə qayıt        Baxış: 574          Tarix: 25-09-2018, 13:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma