Xəbər lenti

 

ABŞ Venesuela rəsmilərinə qarşı yeni sanksiyalar tətbiq edib.

“Report” “İzvestiya”ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb.

Sanksiyalar Venesuelanın 6 vətəndaşı və 3 şirkətininə şamil edilib. Onların ABŞ ərazisində bütün mülkiyyəti dondurulub, eyni zamanda həmin şəxslər və şirkətlərlə maliyyə əməliyyatlarına qadağa qoyulub.

ABŞ-ın “qara siyahısı”na düşənlər arasında Venesuela prezidenti Nikolas Maduronun həyat yoldaşı Siliya Flores, ölkənin icraçı vitse-prezidenti Delsi Rodriges və müdafiə naziri Vladimir Padrino Lopes də var.




Ana səhifəyə qayıt        Baxış: 454          Tarix: 25-09-2018, 19:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma