Xəbər lenti

İranın Əhvaz şəhərində sentyabrın 22-də keçirilən hərbi paradda törədilən terror aksiyasının hazırlanmasında şübhəli bilinən 22 nəfər həbs edilib.

AZƏRTAC İranın Kəşfiyyat Nazirliyinin yaydığı məlumata istinadla xəbər verir ki, həbs olunanların evlərində axtarış aparılıb, partlayıcı maddələr, silah-sursat aşkar edilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri zamanı terrorçuların gizli bazası da tapılıb və oradakı hərbi texnika ələ keçirilib.

Hazırda istintaq tədbirləri davam edir.

 




Ana səhifəyə qayıt        Baxış: 492          Tarix: 26-09-2018, 17:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma