Xəbər lenti

Almaniyanın Degendorf şəhərində bu ölkədə sığınacaq istəyən Azərbaycandan gəlmələrin iri etiraz aksiyası keçirilib.

60-a yaxın azərbaycanlı Degendorfdakı Miqrasiya mərkəzinin qarşısına toplaşaraq, Aşağı Bavariya hökumətinin nümayəndələri ilə görüş tələb ediblər. Mitinq “İnsan ləyaqətinə hörmət tələb edirik” və “Azərbaycanlılara qarşı ayrıseçkiliyə yox!” şüarları altında təşkil olunub.

Yerli polisin nümayəndəsinin sözlərinə görə, mitinq dinc şəraitdə keçib və burada heç bir radikal çağırış səslənməyib.

Yalnız aralarından bir nəfər Aşağı Bavariya hökuməti ilə danışıqlara yollandıqdan sonra etiraz edən azərbaycanlılar dağılışıblar. Danışıqların nəticəsi barədə məlumat verilmir. (Virtualaz.org)

 




Ana səhifəyə qayıt        Baxış: 535          Tarix: 1-10-2018, 12:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma