Xəbər lenti

Böyük Britaniyanın Baş naziri Tereza Mey rəhbəri olduğu Mühafizəkarlar partiyasını ölkəsinin Avropa Birliyindən ən yaxşı şərtlərlə ayrılması üçün birlik nümayiş etdirməyə çağırıb.

O, bu fikri partiyanın illik konfransı öncəsi BBC telekanalına müsahibədə səsləndirib.

Xanım Mey eks xarici işlər naziri Boris Consonun “Brexit”ə inanmaması ilə bağlı olan sualları cavablandırıb və özünün “Brexit”ə inandığını, Avropa Birliyi ilə danışıqların nəticələrindən asılı olmayaraq uğur əldə edəcəklərini söyləyib.

Qeyd edək ki, Boris Conson “Brexit”lə bağlı Baş nazir Tereza Meylə aralarında fikri ayrılığından sonra istefa verib və özünün yeni “Super Kanada” planını irəli sürüb.

 




Ana səhifəyə qayıt        Baxış: 483          Tarix: 1-10-2018, 12:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma