Xəbər lenti

İndoneziya sahillərində 5,9 bal gücündə zəlzələ olub.

Bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Sumba adası ərazisində yerləşib. Zəlzələ ocağı 30 kilometr dərinlikdə olub.

Hələlik dağıntı və ya tələfat barədə məlumat yoxdur.

Qeyd edək ki, sentyabrın 28-də Palu şəhəri yaxınlığında 7,4 bal gücündə zəlzələ olub. Bəzi məlumatlara görə, zəlzələ və sunami nəticəsində ölənlərin sayı 1200 nəfəri ötüb.

 




Ana səhifəyə qayıt        Baxış: 433          Tarix: 2-10-2018, 12:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma