Xəbər lenti

 

Almaniya Xarici İşlər Nazirliyinin mətbuat katibini müavini Xristofer Burger və Fransa Xarici İşlər Nazirliyi sözçüsü Agnes Von Der Mühll Səudiyyə Ərəbistanlı jurnalist Camal Qaşıqçı mövzusunda narahat olduqlarını bildirib.

Open.az Almaniya mətbusatına istinadən xəbər verir ki, Burger, bu gün Berlində keçirilən mətbuat konfransında Səudiyyə Ərəbistanından olan jurnalist Camal Qaşıqçının itkin düşməsiylə bağlı açıqlama verib: "Məşhur jurnalist Camal Qaşıqçının taleyindən narahatıq" deyən Burger, hadisənin sürətli şəkildə işıqlandırılmasının vacib olduğunu və buna töhfə verəcək, hər kəsin səfərbər olmasının vacibliyini vurğulayıb.

Burger, hadisə ilə bağlı spekulyasiyalara düşməyəcəyini də sözlərinə əlavə edib.

Fransa Xarici İşlər Nazirliyi Sözçüsü Agnes Von Der Mühll ölkəsinin Camal Qaşıqçının itməsindən narahatlıq duyduğunu bildirib. Mühll, Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğuna daxil olduqdan sonra ondan xəbər almayan Vaşinqton Post Yazarı Səudiyyə jurnalisti Qaşıqçının vəziyyətinə dair yazılı bəyanat verib.

"Fransa tanınmış və mötəbər bir səudiyyəli şəxsiyyət olan Camal Qaşıqçının itkin düşməsindənnarahatlıq duyur" ifadələrini işlədən Mühll, hadisənin tezliklə aydınlaşdırılmasını arzu etdiklərini bildirib.




Ana səhifəyə qayıt        Baxış: 42          Tarix: 8-10-2018, 23:19      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent