Xəbər lenti

Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna daxil olduqdan sonra itkin düşən “Vaşinqton Post” qəzetinin səudiyyə ərəbistanılı müxbiri Cəlal Xaşuqci diplomatik nümayəndəliyə giriş anının görüntüləri yayılıb.

Foto görüntüləri “Haberler” əldə edib.

Təhlükəsizlik xidməti əməkdaşlarının sözlərinə görə, nikah məsələləri ilə bağlı oktyabrın 2-də Baş Konsulluqda C.Xaşuqci ilə əvvəlcədən görüş təyin edilib. Jurnalistin bu görüşə getdiyi və diplomatik missiyanın binasından çıxmadığı təsbit edilib.

O, binaya daxil olduqdan sonra nişanlısı ondan xəbər tuta bilməyib. Polis C.Xaşuqcinin nişanlısının bu məsələdən necə xəbər tutmasını da araşdırır.

Qeyd edək ki, tanınmış müxalifətçi ərəb jurnalist, “Vaşinqton Post” qəzetinin müxbiri C.Xaşuqci oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna gedib və itkin düşüb. Bundan sonra jurnalist barədə heç bir məlumat əldə etmək mümkün olmayıb. Səudiyyə Ərəbistanının Ankaradakı səfiri oktyabrın 5-də və 8-də Türkiyə  XİN-ə çağırılıb və ondan C.Xaşuqcinin konsulluğa daxil olduqdan sonra itkin düşməsi məsələsinə aydınlıq gətirməsi tələb olunub/Report.

 




Ana səhifəyə qayıt        Baxış: 513          Tarix: 9-10-2018, 13:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma