Xəbər lenti

Oktyabrın 15-də Rus Pravoslav Kilsəsi Belarusun paytaxtı Minskdə sinod iclası keçirir. Əsas müzakirə mövzusu Ukraynanın Pravoslav Kilsəsinin müstəqilliyini elan etməsidir.

Dünya pravoslav icmasının lideri sayılan Konstantinopol patriarxı Varfolomey oktyabrın 11-də Ukrayna Pravoslav Kilsəsinin müstəqilliyini tanıyıb. Rusiya Pravoslav Kilsəsi bu qərarı fəlakətli adlandırıb.

Minskdəki yığıncağı Rus Pravoslav Kilsələrinin rəhbəri Kirill çağırıb: Çox vacib toplantı olacaq, Ukraynadakı durumla bağlı müəyyən qərarlar qəbul olunacaq. Ümid edirəm, Pravoslav Kilsəsi böhranı üstələyə biləcək, vəhdəti qoruyub saxlayacaq”. 

Rusiya mediasının yazdığına görə, Kirill oktyabrın 13-d Minskdə deyib.

Kirillin sözçüsü Varfolomeyin verdiyi qərara sərt və uyğun cavabı elan edib.

Oktyabrın 13-də kilsənin xarici əlaqələr üzrə rəhbəri Metropolitan Ilarion “Rossiya 24” televiziyasına deyib ki, bu addım Moskva Patriarxlığını Konstantinopol Patriarxı Varfolomeylə birliyə son qoymağa məcbur edib. Bu məsələ oktyabrın 12-də Rusiya Prezidenti Vladimir Putin yanında Rusiya Təhlükəsizlik Şurasında da müzakirə olunub.

Kreml daha öncə bu məsələdən narahatlığını bildirmişdi, demişdi ki, Rusiya Ukraynadakı pravoslavların maraqlarını qoruyacaq. Oktyabrın 14-də minlərlə adam Kiyevdə mərkəzi meydana toplaşıb, Ukrayna Pravoslav Kilsəsinə müstəqillik verilməsinə dair Varfolomeyin qərarına görə şükranlıq duası səsləndirib.

 




Ana səhifəyə qayıt        Baxış: 462          Tarix: 15-10-2018, 16:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma