Xəbər lenti

“Le Figaro” tezliklə Səudiyyə Ərəbistanında yeni vəliəhdin təyin ediləcəyini iddia edib.

Strateq.az xəbər verir ki, diplomatik mənbələrə istinad edən Fransa nəşri şahzadə Məhəmməd bin Salmanın kənarlaşdırılacağını və onun yerini hazırda ABŞ-da səfir olan Xalid bin Salmanın tutacağını qeyd edib.

“Le Figaro” taxt-tac varisliyində keçidin rəvan axarla baş verəcəyinə diqqət çəkdirib.

Nəşrin yazdığına görə, vəliəhdin yenilənməsi Camal Xaşuqcinin iddia olunan qətli ilə bağlıdır.

Xatırladaq ki, “New York Times” da Səudiyyənin ABŞ-dakı səfiri şahzadə Xalid bin Salmanın hazırda Riyadda olduğu barədə məlumat verib. Ərəbistan elçisi 3 gün əvvəl vətəninə dönüb.

 




Ana səhifəyə qayıt        Baxış: 420          Tarix: 18-10-2018, 16:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma