Xəbər lenti

“Mənə həmkarlarımdan, Rusiya istehsalçılarından şərab, pendir kimi dadlı hədiyyələr göndərilir. Bu hədiyyələri təhlükəsizlik xidmətinin işçiləri yeyib-içir”.

“İzvestiya” xəbər verir ki, bu açıqlama ilə Rusiya Prezidenti Vladimir Putin çıxış edib.

Putin “Valday” diskusiya klubunun illik iclasının gedişatında rusiyalı istehsalçı Oleq Sirota ilə maraqlı disskusiya edib.

Sirota deyib ki, 9 dəfə prezidentə pendir hədiyyə etməyə çalışıb, ancaq hər dəfə mühafizəçilər onu götürüblər, hansı ki, “yaxşı işləyirlər”.

Putin isə “Həm də yaxşı yeyirlər” deyə zarafat edib.

Sahibkar bildirib ki, bir dəfə ona pendiri cangüdənlərə vermək nəsib olub və mühafizəçilər onu prezidentə çatdıracaqlarına söz veriblər.

Putinin cavabı isə hamını güldürüb: “Mənə verməyiblər, özləri yeyiblər”.

Bundan sonra Putin ona hədiyyə edilən bir neçə şüşə şərabın mühafizəçiləri tərəfindən “dequstrasiya” edilməsi barədə tarixçəni danışıb. Rusiya lideri qeyd edib ki, bu hadisədən o qədər də dilxor olmayıb, çünki o qədər də şərab istifadə etmir/Axar.az.

 




Ana səhifəyə qayıt        Baxış: 199          Tarix: 19-10-2018, 11:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma