Xəbər lenti

Böyük Britaniyanın ticarət naziri Liyam Foks gələn həftə Səudiyyə Ərəbistanda keçirilməsi planlaşdırılan “Çöl Davosu” investisiya Zirvə görüşünə qatılmayacağını açıqlayıb.

Nazirin səfərdən imtinası ilə bağlı açıqlama verən müşaviri deyib: “İndi tədbirdə iştirak etmək üçün uyğun zaman deyil. Böyük Britaniya hökuməti Camal Qaşıqçı məsələsinə görə çox narahatdır və bu məsələnin tez bir zamanda aydınlaşmasını istəyir”.

Qeyd edək ki, Böyük Britaniyadan başqa, ABŞ, Fransa və Niderland Krallığının da maliyyə nazirləri tədbirə qatılmaqdan imtina ediblər.

 




Ana səhifəyə qayıt        Baxış: 162          Tarix: 19-10-2018, 11:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma