Xəbər lenti

 

Ukraynada təbii qazın əhali üzrə tarifi 23,5% artıb.

Ovqat.com bildirir ki, “Qafqazinfo”nun “112 Ukrayna”ya istinadən məlumatına görə, bu barədə Ukraynanın baş naziri Vladimir Qroysman bildirib: “Demək istəyirəm ki, əvvəlcə biz qiyməti 60%-dək qaldırmağı düşünürdük. Ancaq sonra danışıqlar apardıq və güzəştə gedərək fərqli rəqəmdə qərarlaşdıq”

Qazın hər 1000 kub metrinin qiyməti   6958 qrivnadan (246.89 dollar) 8550 qrivnayadək (303.37 dollar) qaldırılıb.

Yeni tarif noyabrın 1-dən qüvvəyə minəcək.




Ana səhifəyə qayıt        Baxış: 205          Tarix: 19-10-2018, 23:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma