Xəbər lenti

KXDR-ə qarşı iqtisadi sanksiyalar bu ölkə nüvə arsenalından imtina edənə qədər qüvvədə qalacaq.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Moskvaya səfəri zamanı məhz bu barədə danışmağı planlaşdırır.

Agentliyin məlumatına görə, Birləşmiş Ştatlarda Rusiya və Çinin Şimali Koreyaya qarşı tətbiq olunan qadağaların yumşaldılması ilə bağlı mövqeyi ilə razı deyillər.

Oktyabrın 10-da Rusiya, Çin və Şimali Koreya xarici işlər nazirləri müavinlərinin üçtərəfli görüşü keçirilib. Görüş zamanı BMT Təhlükəsizlik Şurasının KXDR-ə qarşı tətbiq etdiyi sanksiyalara yenidən baxmasına dair yekdil qərar qəbul olunub.

Bundan əvvəl Tramp və Kim Çen Inın növbəti dəfə 2019-cu ilin əvvəlində görüşmə ehtimalının olduğu barədə məlumat verilib.

 




Ana səhifəyə qayıt        Baxış: 313          Tarix: 20-10-2018, 13:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma