Xəbər lenti

Əfqanıstanın paytaxtı Kabil şəhərində seçki məntəqəsinin yaxınlığında baş vermiş partlayış nəticəsində 1 uşaq ölüb, 29 nəfər yaralanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Emergency” qeyri-hökümət təşkilatından məlumat verilib.

“Mərkəzimizə indiyədək 30 xəstə daxil olub. Onlar arasında bir uşaq var ki, mərkəzə çatdırılanadək yolda dünyasını dəyişib”, – təşkilatın “Twitter” səhifəsində qeyd olunub.

 




Ana səhifəyə qayıt        Baxış: 263          Tarix: 20-10-2018, 16:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma