Xəbər lenti

 

ABŞ prezidenti Donald Tramp ərəb jurnalist Camal Kaşıkçının öldürülməsi ilə bağlı Ər-Riyada qarşı sanksiyalar tətbiq edilə biləcəyini istisna etməyib.

Ovqat.com bildirir ki, Metbuat.az-ın Röyters agentliyinə istinadən məlumatına görə, O bildirib ki, Səudiyyə Ərəbistanı hökumətinin jurnalistin ölüm səbəbi ilə bağlı açıqlamalarını etibarlı hesab etmək olar. Lakin Camal Kaşıkçının başına gələnləri qəbul etmək mümkün deyil. Krallığın yaxın şərqdə etibarlı müttəfiq olduğunu deyən “Ağ ev” rəhbəri, Ər-Riyada qarşı atılacaq addımların diqqətlə nəzərdən keçirələcəyini ifadə edib.

Ər-Riyadla imzalanmış 110 milyard dollarlıq silah müqaviləsinin aqibətinə də münasibət bildirən Tramp, sazişi pozmaq niyyətində olmadığını bəyan edib.




Ana səhifəyə qayıt        Baxış: 465          Tarix: 20-10-2018, 23:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma