Xəbər lenti

Səudiyyə Ərəbistanının baş prokuroru İstanbulda danışıqlar apardığı bir vaxt, Türkiyə bazar ertəsi səudiyyəli jurnalist Camal Xaşuqcinin qətli ilə bağlı həqiqətin üstünün açılmasına açmağa çağırıb.

Xaşuqcinin təxminən dörd həftə öncə Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda öldürülməsi dünyanın ən böyük neft ixracatçısı üçün böhrana səbəb olub. Səudiyyə Ərəbistanı ilk pncə onun ölümündə hər hansı rolunun olduğunu inkar edirdi.

Baş prokuror Səud Əl Moceb səudiyyə rəsmilərinin həftələrdir verdiyi bəyanatlara zidd olaraq, Xaşuqcinin ölümünün öncədən planlaşdırıldığını söyləyəndən bir necə gün sonra İstanbula gəlib. Bazar ertəsi o, İstanbulun baş prokuroru ilə görüşüb.

“Bütün həqiqət üzə çıxmalıdır”, – deyə, Türkiyənin xarici işlər naziri Mövlud Cavuşoğlu mətbuat konfrasında bildirib. Biz bu görüşün həqiqətlərin ortaya çıxması üçün vacib olduğuna inanırıq.

Washington Post qəzetinin köşə yazarı və Səudiyyə Ərəbistanının de fakto idarəçisi vəliəhd Məhəmməd bin Salmanın tənqidçisi olan jurnalist evlənmək üçün lazım olan sənədləri almaq məqsədilə konsulluğa daxil olandan sonra orada öldürülüb.

Səudiyyə rəsmiləri ilk öncə Xaşuqcinin oktyabrın 2-də sənədlərini alandan sonra konsulluğu tərk etdiyini söyləyirdi. Riyadın qətllə bağlı dəyişkən bəyanatları şahzadə Məhəmmədin Qərbdəki mövqeyinə xələl gətirib.

Çavuşoğlu Riyadı istintaqı mümkün qədər tez başa çatdırmağa çağırıb.

Türkiyənin dövlətə məxsus TRT Haber kanalı bildirib ki, Səudiyyə bazar günü keçirilən görüşdə istintaqla bağlı bütün məlumatları onlara verilməsini istəyib. Buna dəlillər, ifadələr və video görüntülər daxildir. TRT səudiyyəlilərin tələbinin rədd edildiyini bildirib.

Bir saatdan bir az çox davam edən görüşdə Türkiyə prokurorları Ankaranın 18 şübhəlinin Türkiyəyə geri gətirilməsi və Xaşuqcinin cəsədinin harada olduğunun açıqlanması tələbini təkrarlayıb. Türkiyənin “Anadolu” xəbər agentliyi bildirib ki, Mocebin Səudiyyə konsulluğunu təftiş edəcəyi gözlənilir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyənin qəttlə bağlı dəyişkən bəyanatları ilə bağlı skeptisizmi dilə gətirib və Səudiyyə Ərəbistanını vəzifələrindən asılı olmayaraq, qətldə əli olan hər kəsi məsuliyyətə cəlb etməyə çağırıb. Türkiyənin ekstradisiya olunmasını istədiyi şübhəlilərə hadisədən bir neçə saat oncə İstanbula gələrək, qətli həyata keçirdiyini iddia etdiyi 15 nəfərlik təhlükəsizlik komandası daxildir.

Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Əl-Zübeyir deyib ki, qətlin arxasında olanlar Səudiyyə Ərəbistanında məhkəmə qarşısına çıxarılacaq.

Türkiyə istintaqla bağlı məlumatı Birləşmiş Ştatlar, Almaniya, Fransa və Rusiya daxil olmaqla digər ölkələrlə bölüşdüyünü bildirib.

 




Ana səhifəyə qayıt        Baxış: 324          Tarix: 30-10-2018, 17:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma