Xəbər lenti

Rusiyada sərnişin qatarı yük avtomobili ilə toqquşub.

“Report” TASS-a istinadən xəbər verir ki, hadisə Krasnodar diyarında, Timaşevsk və Vedimovsk dəmir yolu stansiyaları arasında baş verib.

Minskdən Adlerə gedən qatar hərəkətdə olarkən yük avtomobili dəmir yoluna çıxıb. Hadisə zamanı qatarın maşinisti, onun köməkçisi, 15 sərnişin və yük avtomobilinin sürücüsü xəsarət alıb.

 




Ana səhifəyə qayıt        Baxış: 406          Tarix: 3-11-2018, 11:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma