Xəbər lenti
Dünən, 20:40

Sarqis Arsruni

“1in.am”, Ermənistan, 06 noyabr 2018-ci il

 

ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar 05 noyabrda qüvvəyə mindi. Onların çoxu sabiq prezident Barak Obama dövründə, 2015-ci ilin iyulunda İranla çoxtərəfli nüvə sazişi imzalandıqdan sonra götürülmüşdü.

Lakin Donald Trampın prezident seçilməsindən sonra ABŞ siyasəti dəyişdi. O, çoxtərəfli nüvə sazişindən çıxmaqla bərabər, ümid edir ki, sanksiyaların sərtləşdirilməsi vasitəsilə İran hakimiyyətini ballistik raketlərin inkişafı proqramına son verməyə məcbur etmək, bu ölkənin Yaxın Şərq regionunda aktivliyini məhdudlaşdırmaq, həmçinin nüvə proqramı üzrə yeni – daha sərt razılaşma imzalamaq mümkün olacaq.

ABŞ Dövlət katibi Mayk Pompeo qeyd edib ki, “sərt sanksiyalar İranı terrorizmi maliyyələşdirmə praktikasına son verməyə məcbur edəcək”.

Pompeonun sözlərinə görə, ABŞ-ın gördüyü tədbirlər nəticəsində “İran neft bazarlarından təcrid olunacaq”.

Sanksiyalar ölkənin maliyyə sektorunu da təmsil edən 600 şəxsə və şirkətə də toxunacaq.

Pompeo bəyan edib: “Bu sanksiyalar bugünədək İrana qarşı tətbiq edilən ən sərt sanksiyalar olacaq, onların məqsədi beynəlxalq arenada Tehranı öz davranışını dəyişməyə məcbur etmək, İsraili və digər dövlətləri müdafiə etməkdir”.

İrana yönəlik yeni ABŞ sanksiyalarının tətbiq edilməsindən sonra Avropa Birliyi (AB) şirkətləri eyni zamanda həm ABŞ, həm də İran bazarlarında işləyə bilməyəcəklər. Yeri gəlmişkən, bu dilemma yalnız AB şirkətlərinə aid deyil, çox ölkə, o cümlədən İranın qonşuları, xüsusilə Ermənistan üçün ciddi problemlər yarada bilər.

Ermənistan bütün mümkün gözlənilməz riskləri nəzərə alaraq, regionda yaranan gərginliyə çox ciddi şəkildə hazır olmalıdır. Çünki İranla ABŞ arasındakı münasibətlər zaman keçdikcə daha da gərginləşir, bu da xüsusilə optimizm üçün əsas yaratmır.

Tehranda və İranın digər şəhərlərində kütləvi nümayişlər keçirilir, iştirakçılar “Amerikaya ölüm!” şüarları səsləndirir. İran prezidenti isə çox sərt bir çıxış edib. Həsən Ruhani iqtisadçılarla görüşdə bəyan edib ki, Tehran ABŞ-ın yenidən bərpa etdiyi, islam dövləti üçün həyati vacib əhəmiyyət kəsb edən enerji və bank  sektorlarına qarşı  yönəlik olan sanksiyaları pozacaq və öz neftini satacaq.

ABŞ Ermənistanın vacib tərəfdaşı, İransa dost qonşu ölkədir. Təbii, Yerevan maksimum çalışır ki, geopolitik inkişaf  Ermənistan–ABŞ və Ermənistan–İran münasibətlərinə təsir etməsin. Hər halda, indiyədək bütün Ermənistan hakimiyyətlərinin siyasəti belə olub və Nikol Paşinyan hökumətinin proqramında da bu məntiq ortaya çıxır.

Ermənistan–İran münasibətləri birinci üçün həyati vacib əhəmiyyət kəsb edir və indiyədək bu xüsusiyyət Vaşinqtonda düzgün qiymətləndirilib. Digər tərəfdənsə, Tramp administrasiyasının siyasəti bir qədər gözlənilməzdir.

Bundan əlavə, İran kampaniyası bu gün Ağ Evin öncəliklərindən biridir. ABŞ prezidentinin müşaviri Con BoltonYerevanda bəyan edib ki, onların administrasiyası Barak Obamanın komandasına bənzəmir. Bu, təsadüfi deyil. Beləliklə, o bildirir ki, respublikaçılar hakimiyyəti İran məsələsində güzəştə getməyə hazır deyil, başqa sözlə, başqalarının vəzifəsi buna əsasən oriyentasiya olmaqdır.

Və bu şərait tələb edir ki, Ermənistan gözlənilməz qərarlara da hazır olsun. Çünki Yerevan Ermənistan–İran münasibətlərinin inkişafına hər hansı bir formada təsir etmək imkanına malik deyil, gərginliyin artması isə Ermənistanı çox ciddi dilemma qarşısında qoya bilər.

Bundan əlavə, regional gərginlik Ermənistan–Rusiya münasibətlərinin xarakterini də əhəmiyyətli dərəcədə dəyişə bilər.

Tərcümə Strateq.az-ındır

 




Ana səhifəyə qayıt        Baxış: 26          Tarix: 7-11-2018, 11:54      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent