Xəbər lenti
14-11-2018, 20:40

Monako məhkəməsi rusiyalı milyarder Dmitri Rybolovlevə qarşı korrupsiya işi ilə bağlı rəsmi ittiham irəli sürüb. Prokuror Silvye Petit-Leklayr noyabrın 7-də deyib ki, “AS Monaco” futbol klubunun sahibi olan Rybolovlev 24 saat ərzində polis tərəfindən dindirildikdən və evində axtarış aparıldıqdan sonra zaminə buraxılıb.

Monako məhkəməsi Rybolovlevin, isveçrəli incəsənət dəllalı Yves Bouvierlə məhkəmə çəkişməsi zamanı Monakonun hüquq-mühafizə orqanlarına təsir göstərdiyinə dair iddiaları araşdırır. Rusiyalı milyarder Bouvieri 2003-2014-cü illər ərzində ona incəsənət əşyalarını satarkən 1 milyard dollar məbləğində fırıldaq gəlməkdə ittiham edir. Bouvier ittihamları rədd edir.

Petit-Leklayr deyib ki, o Rybolovlevə qarşı irəli sürülmüş ittihamların spesifik olaraq nəyə aid olduğunu bilmir. Vəkilləri deyirlər ki, milyarderin bəzi adamlarla görüşləri qadağan olunsa da, o hərəkət sərbəstliyini itirməyib. Prokuror deyib ki, Monako məhkəməsi bu iş üzrə Rybolovlevdən başqa, həm də Monakonun keçmiş ədliyyə nazirinin arvadı və oğluna qarşı da ittihamlar irəli sürüb. Onların da zaminə buraxıldıqları bildirilir.

Rusiyanın Fransadakı səfirliyi rusiyalı milyarder Dmitri Rybolovlevin korrupsiya işi çərçivəsində dindirilməkdən ötrü saxlanması xəbərlərinə Monakonun aydınlaşdırmasını istəyib. Bundan əlavə informasiya verilməyib.

“Rusiya Federasiyasının Fransadakı səfirliyi Monako hakimiyyətindən aydınlaşdırma istəyib”, – səfirliyin bəyanatında deyilir. Səfirlik cavab gözlədiyini də qeyd edir. Səfirliyin məlumatına görə, nə milyarder, nə də təmsilçiləri Rusiyanın Fransadakı diplomatik missiyaları ilə əlaqə saxlayıb. Rusiyanın Fransadakı səfiri Aleksandr Orlov həm də ölkəni Monakoda təmsil edir.

(Azadlıq radiosu)

 




Ana səhifəyə qayıt        Baxış: 20          Tarix: 8-11-2018, 13:11      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent