Xəbər lenti

“Əl-Monitor”

 

Çərşənbə axşamı keçirilmiş aralıq seçkilərinin nəticələrinə əsasən, demokratlar Konqresin aşağı palatasına və beləliklə, prezident Donald Trampın Yaxın Şərq siyasətinə daha çox nəzarət etmə imkanı qazanıblar. Hər iki tərəf ABŞ-ın Səudiyyə Ərəbistanı ilə əlaqəsini getdikcə daha çox tənqid edir, amma demokratların yaxın vaxtlarda Yəməndə Səudiyyə Ərəbistanı koalisiyasının bombalanma kampaniyasına ABŞ-ın dəstəyini sona çatdırmanı səsverməyə çıxaracağı gözlənilir.

Bundan başqa, respublikaçılar artıq demokratların Tramp, ailəsi və administrasiyasının İsrail və ABŞ-ın Körfəzdəki müttəfiqlərinə təsir göstərə biləcək cəncəlli əlaqələrinə qarşı çıxmaq üçün səylərini dayandıra bilməz. Eyni zamanda, onlar bundan sonra anti-İsrail,  fələstinlilərə qarşı təəssübkeş fikirlərə sahib olan üç demokratla mübarizə aparmaq məcburiyyətindədir.

Amma Senata nəzarət respublikaçılarda qalıb. Yuxarı palatanı tərk edən bir neçə respublikaçıya baxmayaraq, xarici siyasətlə bağlı üç əsas komitə Tramp tərəfdarlarının nəzarəti altındadır.

Xarici İşlər Komitəsi: demokrat Eliot Enql, ehtimal ki, Trampın Yaxın Şərq siyasətinə, xüsusilə də Səudiyyə ilə əlaqələrinə daha çox nəzarət etmək üçün yeni sədr vəzifəsindən yetərincə istifadə edəcək. Respublikaçılar bu il Enqlın Trampın Helsinki sammitində Vladimir Putinlə danışıqlarının stenoqramını açıqlamaq səylərinə maneə törədib. Demokratların əksəriyyətdə olduğu halda, Tramp administrasiyası bu cür istəklərdən qoruna bilməz. Enql İranla nüvə razılaşmasına qarşı çıxsa da, Trampın sazişdən çıxmasına etiraz edib və yaxın vaxtlarda İranın bəzi neft idxalçılarına istisna ilə bağlı administrasiya ilə çəkişib.

Silahlı Qüvvələr Komitəsi: yeni sədr Adam Smitdir. Xaricdə ABŞ hərbi müdaxiləsinə hörmətlə yanaşır. Smit Yəməndə husi üsyançılarına qarşı Səudiyyə koalisiyasının müharibəsinin dəstəklənməsi əleyhinə qətnaməni müdafiə edənlərdən biri olub.

Demokratlar, həmçinin Tramp administrasiyasının Suriyadakı İran qoşunlarına qarşı ABŞ qoşunlarının istifadəsi ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Dövlət/Xarici Əməliyyatların maliyyələşdirilməsi Komitəsi: sədr Nita Loui Suriyaya və fələstinlilərə yardım ayırma qərarı ilə bağlı Tramp administrasiyasınaə təzyiq edəcək. Loui İsrail təəssübkeşi olsa da, Tramp administrasiyasının bu ilin əvvəlində Qərbi Şəriyyə və Qəzzaya 200 milyon dollarlıq iqtisadi yardım ayırılmasının ləğvi qərarına qarşı çıxıb.

Senatın Xarici Əlaqələr Komitəsi: senator Ceyms Riş, böyük ehtimalla, Bob Korkeri əvəz edəcək. İranla bağlı sərt mövqeli Riş, Trampın Yaxın Şərq siyasətinə barmaqarası baxıb. Halbuki Korker son aylarda Səudiyyə Ərəbistanına qarşı getdikcə daha çox açıq-aşkar etiraz səsləndirib.

Senatda qalan Bob Menendes Yəmən müharibəsində Səudiyyə Ərəbistanına həssas idarəedici döyüş sursatı satışını dayandırmağı tələb edənlərdən olub.

Senatın Silahlı Qüvvələr Komitəsi: Trampın Yaxın Şərq siyasətinə dəstək verən “İran şahini” Ceyms İnhofKomitədə qalacaq. Lakin demokrat Cek Ridd jurnalist Camal Xaşuqcinin öldürülməsindən sonra Səudiyyə Ərəbistanına qarşı getdikcə sərt bir xətt yürüdür. Rid, Riyada silah satışı qadağanına çağırış edir.

Dövlət/Xarici Əməliyyatlar: Seçkilər bu komitədə heç bir dəyişiklik etməyib. Bu komitə  insan haqları ilə bağlı Misirə və Qərbi Səhranın işğalına görə Mərakeşə təzyiq göstərmək işini davam edəcək.

 

 

 




Ana səhifəyə qayıt        Baxış: 255          Tarix: 8-11-2018, 16:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma