Xəbər lenti

Gürcüstanda prezidentliyə müstəqil namizəd, hakim “Gürcü arzusu-demokratik Gürcüstan” Partiyasının dəstəklədiyi Salome Zurabişvili seçkilərin ikinci turu ərazində qısa bir müddətdə rekord həddə ianə toplayıb.

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, S.Zurabişvili oktyabrın 29-dan noyabrın 9-dək olan müddətdə 1 milyon 750 min lari (təqribən 650 min dollar) ianə toplayıb.

Bu məbləğ birləşmiş müxalifətin – “Vahid Milli Hərəkat” Partiyası və “Güc birlikdədir” birliyinin namizədi Qriqol Vaşadzenin topladığı vəsaitdən təxminən 8 dəfə çoxdur. Q.Vaşadze bu müddət ərzində 214 714 lari (80 min dollar) ianə toplayıb.

Məlumat üçün qeyd edək ki, birinci turda da seçki kampaniyası çərçivəsində yalnız televiziya reklamlarına ən çox vəsaiti Salome Zurabişvili xərcləyib. O, oktyabrın 3-dən 16-dək reklama 1 milyon 929 min 613 GEL xərcləyib. Bu vəsaitin 1 milyon 186 min 207 GEL-i televiziya reklamlarına sərf olunub.

Q.Vaşadze isə sentyabrın 12-dən oktyabrın 2-dək televiziya reklamına 200 min GEL xərcləyib.

Qeyd edək ki, Gürcüstanda prezident seçkilərinin oktyabrın 28-də keçirilmiş birinci turunda Salome Zurabişvili 38,64 faiz, Q.Vaşadze isə 37,74 faiz səs toplamışdılar.

 




Ana səhifəyə qayıt        Baxış: 523          Tarix: 14-11-2018, 15:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma