Xəbər lenti

KXDR Kim Çen Inla ABŞ Prezidenti Donald Tramp arasında keçirilən sammitdən sonra da nüvə-raket tədqiqatını davam etdirir.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Cənubi Koreyanın Milli Kəşfiyyat Xidmətinin nümayəndələri parlament deputatları üçün təşkil olunan qapalı brifinqdə bildiriblər. Onların məlumatına əsasən, Pxenyan hazırda nüvə başlıqlarının ölçüsünün azaldılması istiqamətində işlər aparır.

Deputatlardan birinin sözlərinə görə, Cənubi Koreyanın xüsusi xidmət orqanları KXDR-in raket obyektlərinin aktivliyini diqqətlə izləsə də, qeyri-adi bir şey hiss etməyiblər. O, həmçinin Seul və Vaşinqtonun Şimali Koreyanın nüvə-raket fəaliyyəti ilə bağlı normal kəşfiyyat mübadiləsi apardığını bildirib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp KXDR lideri Kim Çen Inla yeni görüşünün gələn ilin əvvəlində baş tuta biləcəyini deyib. ABŞ və Şimali Koreya arasında ilk yüksək səviyyəli görüş isə iyunun 12-də Sinqapurda keçirilib. Sammitin nəticəsinə əsasən, Pxenyan Koreya yarımadasının nüvəsizləşdirilməsinə hazır olduğunu, ABŞ isə bunun əvəzində KXDR-ə təhlükəsizlik zəmanəti verəcəyini elan edib.

 




Ana səhifəyə qayıt        Baxış: 427          Tarix: 14-11-2018, 16:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma