Xəbər lenti

Bu ilin yanvar-sentyabr aylarında Rusiyaya 3,9 mln. nəfər turist gəlib.

Bu barədə Rusiya Federal Təhlükəsizliyi Xidmətinin sərhəd xidmətindən bildirilib.  Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,3% çoxdur.

Doqquz ay ərzində Rusiyaya gələn-gedənlərin ümumi sayı isə 1,9% artaraq 25,5 mln. nəfərə çatıb. Qonşu ölkə ən çox Ukraynadan adam qəbul edib – 7,2 mln. nəfər. Növbəti yerlərdə Qazaxıstan (3,3 mln. nəfər), Özbəkistan (1,9 mln. nəfər), Tacikistan (1,1 mln. nəfər) və Azərbaycan (861,5 min nəfər) vətəndaşları qərarlaşıb.

 




Ana səhifəyə qayıt        Baxış: 292          Tarix: 16-11-2018, 13:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma