Xəbər lenti

“Gürcüstan belə böyük təhdidlə çoxdan üz-üzə qalmamışdı”.

Bu barədə bəyanatı Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili yayıb.

Onun sözlərinə görə, bu gün prezident seçkisinin nəticəsindən Gürcüstanın mövcudluğu asılı olacaq:

“Rusiyadan göndərilən oliqarx, həmçinin Rusiyadan təyin edilən namizəd artıq elan ediblər ki, Gürcüstan ərazilərinin anneksiyasına şərait yaratmağa hazırdırlar. Onlar insanları aldadırlar. Buna paralel olaraq oliqarx qeyd edir ki, Gürcüstan Dəmiryolları, bütün elektrosistemə və yerdə qalanlara müdaxilə etmək istəyir. Allah eləməsin ki, onların planları alınsın. Gürcüstanı geriyə baxmadan 1 milyon əmək qabiliyyətli şəxs tərk edəcək və onlar bir də heç vaxt ölkələrinə geri dönə bilməyəcəklər. İstəyirəm ki, bir şeyi biləsiniz. Seçki məntəqəsində siz öz vicdanınızla, Gürcüstanın mövcud olub-olmayacağı və tarixi məsələnin həlli məsuliyyəti ilə üz-üzə qalırsınız”, – deyə o, bildirib.

O, Zurabişvilini yenidən satqın adlandırıb:

“Bir tərəfdə xalqın namizədi Qriqol Vaşadze, digər tərəfdə İvanişvilinin, Rusiyanın və Gürcüstanın düşmənlərinin namizədi var. Bu qadın satqındır. Gəlin fikir ayrılıqlarımız və ziddiyətlərimizi bir kənara qoyaq. Gəlin ölkəmizin gələcəyi və xilası üçün birləşək”.

Axar.az

 




Ana səhifəyə qayıt        Baxış: 228          Tarix: 28-11-2018, 13:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma