Xəbər lenti

2016-cı ildə Rusiyanın ABŞ-da prezident seçkilərinə müdaxilə etməsi ehtimalının təhqiqatı ilə məşğul olan ABŞ xüsusi prokuroru Robert Müller paytaxtın Kolumbiya dairəsinin Vaşinqton məhkəməsinə tövsiyə edib ki, Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri, hazırda istefada olan general-leytenant Maykl Flinn həbs edilməsin.

Azərtac xəbər verir ki, Müllerin məhkəməyə göndərdiyi sənədlərdə keçən il federal müstəntiqlərə yalan ifadə verməsinə görə öz təqsirini etiraf etmiş Flinnin “Rusiya hökuməti və Trampın seçki kampaniyası ilə əlaqədar şəxslər arasında əlaqə və ya koordinasiya axtarışında istintaqla əməkdaşlıq etdiyi” bildirilir.

Həmin sənədlərdə daha sonra göstərilir ki, Flinn keçən il 19 dəfə müstəntiqlərlə görüşüb və onlara hər cür kömək edib. Bu əməkdaşlığa görə Müller Flinn barəsində qətimkan tədbiri kimi həbs cəzası əvəzinə ən minimal cəza təyin olunmasını tövsiyə edib.

Xatırladaq ki, Flinn o vaxt Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyak ilə özünün söhbətləri barədə vitse-prezident Maykl Pensə məlumat vermədiyinə görə istefaya gedib.

 




Ana səhifəyə qayıt        Baxış: 20          Tarix: 5-12-2018, 15:30      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent