Xəbər lenti

2014-cü illə müqayisədə dünyada terror aktları nəticəsində həlak olanların sayı 44 faiz azalıb və 2017-ci ilin nəticələrinə görə, 18,8 min nəfər təşkil edib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat İqtisadiyyat və Sülh İnstitutunun (The Institute for Economics and Peace) hazırladığı “Qlobal terrorizm indeksi” adlı məruzədə yer alıb.

Sənəd müəllifləri terror aktları nəticəsində həlak olanların sayının üç il ərzində ardıcıl olaraq azaldığını qeyd edirlər. Buna əsas səbəblərdən biri kimi İraq və Suriya ərazisində İŞİD qruplaşmasının zəifləməsi göstərilir. Belə ki, Suriya və İraqda terror hücumları nəticəsində həlak olanların sayı bir ildə demək olar ki, iki dəfə azalıb.

Məruzəyə əsasən, 2017-ci ildə qlobal terrorizm dünya iqtisadiyyatına 52 milyard dollara başa gəlib ki, bu da bir il əvvəlki dövrlə müqayisədə 42 faiz azdır. Ölümlə nəticələnən terror aktları dünyanın 67 ölkəsində qeydə alınıb.

 




Ana səhifəyə qayıt        Baxış: 17          Tarix: 5-12-2018, 17:11      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent