Xəbər lenti

Birləşmiş Ştatlar öz hərbi gəmisini Qara dənizə gətirməyi planlaşdırır. Hazırda Rusiya və Ukrayna arasında Azov dənizində baş vermiş insidentə görə gərginlik xeyli yüksəlib.

CNN telekanalı dekabrın 5-də bildirib ki, ABŞ hərbiyyəsi Dövlət Departamentindən bu barədə Türkiyəyə bildiriş göndərilməsini rica edib. Aralıq və Qara dənizləri birləşdirən Bosfor və Dardanel boğazları Türkiyənin yurisdiksiyasına daxildir və burdan xarici gəmilərin keçməsinə Türkiyə icazə verməlidir. Belə bir icazənin alınması üçün 15 gün əvvəl bildiriş göndərilməlidir.

CNN bu xəbərləri adlarını çəkmədiyi üç ABŞ rəsmisinə istinadən yayıb.

Bu mənbələrdən ikisi bildirir ki, qərar hələ tam qətiləşdirilməyib və söhbət yalnız bir hərbi gəminin boğazlardan keçidindən gedir.

ABŞ 6-cı Donanmasının sözçüsü kapitan Kyle Raines CNN-ə deyib ki, donama öz nəzarət zonasına düşən dənizlərdə təhlükəsizlik və sabitliyin qorunması üçün vaxtaşırı əməliyyatlar keçirir: “Beynəlxalq qanun və normalar bizə sərbəst əməliyyat aparmaq hüququ verir”.

NATO-nun bir sıra üzvləri Qara dəniz sahilində yerləşir və ABŞ Rusiyanın narahatlığına baxmayaraq bu dənizə ara-sıra öz gəmilərini göndərir. 2008-ci il Rusiya-Gürcüstan müharibəsi zamanı ABŞ 6-cı Donanması özünün flaqmanı olan “USS Mount Whitney” gəmisini Tbilisiyə dəstək olaraq Gürcüstan sahillərinə gətirmişdi.

Bundan başqa ABŞ-ın kəşfiyyat təyyarə və dronları Qara dənizin sahili boyunca, o cümlədən Rusiyanın ilhaq etdiyi Krım yarımadasının yaxınlığında müntəzəm uçuşlar edir. Rusiyanın hərbi qırıcıları bu təyyarələri müşayiət edir və qarşıdurma nümayiş etdirir.

Noyabrın əvvəllərində Rusiyanın Su-27 qırıcısı ABŞ-ın EP-3 Aries elektron və kəşfiyyat təyyarəsinin qarşısında təhlükəli manevr etmişdi.

Ötən ay Azov dənizinə çıxan Kerç boğazında Rusiyanın sahil keşikçiləri Ukraynanın 3 gəmisini və onların heyətlərini həbs ediblər. Rusiyanın bu addımı Qərb tərəfindən kəskin tənqid olunub. Rusiya gəmiləri özünün ərazi sularında saxladığını bildirir.

Rusiya və Ukrayna arasında 2003-cü ildə imzalanmış müqaviləyə görə Moskva və Kiyev Azov dənizinə girişi bölüşdürmək qərarına gəliblər. Buna baxmayaraq Rusiya onu Krımla birləşdirən Kerç körpüsünün tikintisindən sonra Ukrayna gəmilərinin Azova girişini məhdudlaşdırıb.

CNN bildirir ki, ABŞ-ın sürətli hərbi nəqliyyat gəmisi USNS Carson City son dəfə Qara dənizə oktyabrda çıxıb.

(Azadlıq radiosu)

 




Ana səhifəyə qayıt        Baxış: 17          Tarix: 6-12-2018, 12:08      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent