Xəbər lenti

Venesuela prezidenti Nikolas Maduro özünün Twitter hesabına yerləşdirdiyi videomüraciətində bəyan edir ki, Rusiya onun ölkəsinin neft sənayesinə 5 milyard dollardan çox investisiya yatıracaq.

O habelə qeyd edib ki, bundan əlavə Rusiya daha 1 milyard dolları mədən sektoruna, əsasən qızılçıxarmaya yatırmaq niyyətini bildirib. Onun sözlərinə görə, bundan başqa Rusiya Venesuelaya 600 min ton taxıl ixrac edəcək. Maduro deyib ki, taxılın Venesuelaya çatdırılmasına 2019-cu ildən başlanacaq.

Maduro habelə bunu da elan edib ki, Moskva Venesuelanın silahlarının modernizasiyasını üzərinə götürür.

Venesuelanın müdafiə naziri Padrino Lopez deyib ki, onun ölkəsi yerüstü və hava sistemlərinin təkmilləşdirilməsində maraqlıdır.

Venesuela prezidenti Moskvaya rəsmi səfərə gəlmişdi. Onunla görüş zamanı prezident Vladimir Putin Venesueladakı siyasi nizamın zorakı üsullarla devrilməsinin əleyhinə olduğunu bildirib. Bütün bu məlumatlar hələlik Rusiya tərəfindən rəsmən təsdiq olunmayıb. (azadlıq.org)

 

 




Ana səhifəyə qayıt        Baxış: 423          Tarix: 7-12-2018, 15:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma