Xəbər lenti

Bernar Anri Levi

“Project Syndicate”

 

Fransa hökuməti kütləvi etirazlar ucbatından nəzərdə tutulan yanacağa vergi artımını ləğv edəndən etibarən, bu hərəkətin qeyri-adekvat, əhəmiyyətsiz və hər halda, sabitlik doğurmayacağı ehtimal olunurdu.

“Sarı jiletlilər” suveren xalqın iradəsini ifadə etdiklərini iddia edirlər. Ancaq onlar artıq ağır məsuliyyət daşıyıcılarıdır.

Başlanğıc üçün “sarı jiletlilər” baş nazir Eduard Filippin təklif etdiyi dialoqun yerinə yetirilməsi üçün kifayət qədər uzun müddət nümayiş və blokadalara moratorium elan etməlidirlər. Xüsusilə, Facebook-da dekabrın 8-ə elan olunan “IV Qanun” hərəkatından imtina olunmalıdır. Əks halda, o, əvvəlki etirazlardan daha şiddətli, dağıdıcı və faciəvi sonluqla bitəcək.

Ölüm, yaralanma və (Parisdəki ən məşhur abidələr daxil olmaqla) onsuz da zərər kifayət qədərdir.

“Sarı jiletlilər” özləri ortaya çıxardıqları hərəkatın “dayanacağ”a çatdığını və artıq “IV Qanun”u dayandıra bilməyəcəklərsə, etirazlar zamanı aralarında dolaşan zorakı “qəhvəyi jiletlər”i yaxalamaqda polislərə kömək etməlidirlər. Çünki ifrat sağ və ifrat solların ziyankarları, şübhəsiz ki, vandallıq, təhqir və terrora məruz qoymaq üçün yenidən ortaya çıxacaqlar.

“Sarı jiletlilər” bir daha deyir ki, onlar bizlərdən deyil, bizim adımızdan danışmaq haqları yoxdur.

Onlar moratorium elan edəcəklərmi və ya etirazlar davamını tapacaq, fərq etmir, heç nə onların mənafeyinə bir şeydən çox xidmət etməyəcək – onların iztirabından faydalanmaq istəyən bütün siyasi fürsətçilərdən qətiyyətlə və birmənalı olaraq özlərini ayırmaq, məsafə saxlamaq.

Opportunistlərin “qələmi” yaxşı tanınır. 2017-ci ildə keçirilmiş prezident seçkilərində, Emmanuel Makronun qalib gəldikdə, dördüncü yeri tutan Jan-Lük Melenxon ümidsizcə yeni axtarışa çıxıb.

“İstiqamət, Makron!” məsuliyyətsiz antirespublika çağırışları ilə peyda olan “Nuit” hərəkatının lideri Fransua Ruffin.

Üstəlik, ötən şənbə Elize xiyabanını işğal etmək çağırışı ilə gah qürur duyan, gah da tövbə edən Marin Le Pen (Bununla da o, Elize xiyabanında törədilənlərə görə və vəziyyətin pisləşməsinə görə məsuliyyət daşımalıdır).

Lük Ferri və Emmanuel Todd kimi intellektuallar güman edirlər ki, ziyankarların Zəfər Tağına asanlıqla yaxınlaşması və onu işğal etməsi “təsadüfdür”. Belə ritorika xalq hərəkatı üçün ən pis tələdir: sui-qəsd nəzəriyyəsinə xas düşüncə tərzi.

Başqa sözlə, “sarı jiletlilər” yol kəsişməsindədir. Ya onlar ayaq saxlamaq və təşkilatlanmaq üçün vaxt qazanmaqla, cəsarətli olmalı, ya da Makronun “La République en Marche”-sindən fərqlənməyən, oxşar yolla getməlidirlər.

Makronun hərəkatının da sağ və sol qanadları vardı. O bunun yeni bir siyasi orqan olduğunu, dialoqa və ya yoxsulluq, yüksək yaşayış məsrəfinə gətirib çıxaracağını bilirdi.

“Sarı jiletlilər” Makron kimi yüksələn bir hərəkat qursa, bu, Fransa tarixinə yeni bir səhifə yaza bilər.

Əks halda, “sarı jiletlilər” bu cəsarətdən imtina etməli və televizor qarşısında oturub dəyərsiz şeylərdən zövq almalıdır. Onlar öz əlləri ilə işığın gəldiyi dəliyi qapadacaq və hər sözlərindən asılı olan, onların hesabına qarınlarını dolduran Fransa elitasının təsirinə düşəcəklər.

Amma “sarı jiletlilər” ehtiraslı nifrətin əsl qardaşlığa qalib gəlməsinə və islahatların çökməsinə imkan versələr, müti və həssas insanların həyatına təkcə xaos gətirməyəcəklər. Onlar siyasi zülmətin ən qaranlıq tərəfinə yollanacaq və tarixin zibil vedrəsinə atılacaqlar. Orada 20-ci əsrin “sarı sosialistləri”, proto-faşist sindikalist Pyer Biytenin tərəfdarları ilə üzləşib, onlara qarışacaqlar.

“Sarı jiletlilər” seçməlidir: demokratik yenidənqurma, ya da milli sosialist liqanın yenilənmiş versiyası; təmir etmək iradəsi və ya məhv etmək arzusu.

Qərar hərəkatın tarixi mahiyyətindən – onun reflekslərinin yaxşı və ya pis, son təhlildə siyasi və mənəvi cəsarətə malik olub-olmamasına əsaslanır.

Beləliklə, top “sarı jiletlilər”dədir. Onlar Makronun etdiyi kimi, təşəbbüsə sahibdirlər.

“Bəli, biz respublikamızın demokratiyasına inanırıq!” deyəcəklərmi?

Bunu açıq-aydın və ucadan söyləyəcəklərmi?

Yoxsa özlərini paranoyak nihilizm anlayışında yerləşdirəcək və sıralarını Fransanın hələ də bol-bol istehsal etdiyi siyasi vandallarla dolduracaqlar?

 Tərcümə: Strateq.az

Qeyd: Bernar Anri Levi “Nouveaux Philosophes” (“Yeni Filosoflar”) hərəkatının qurucularından biridir. O, “sarı jiletlilər” hərəkatının gizli lideri və ilhamvericisi sayılır. 

 




Ana səhifəyə qayıt        Baxış: 390          Tarix: 7-12-2018, 17:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma