Xəbər lenti

Fransanın paytaxtı Paris şəhərində etiraz aksiyası başlamazdan əvvəl – dekbarın 8-i səhər saatlarında 228-dən çox etirazçı saxlanılıb.

“Report” “Hürriyət”ə istinadən xəbər verir ki, məlumatı polis bildirib.

Qeyd olunub ki, saxlanılanlar “qrup halında zorakılıq tətbiq etmək və ya ziyan vurmaq fəaliyyətinə hazırlaşmaqda” ittiham edilərək tutulub.

“Frans press” bildirib ki, saxlanılarkən 34 nəfərin üzərində maska və çəkic aşkar edilib.

Qeyd edək ki, noyabrın 17-də Fransada avtomobil yanacaqlarının qiymətlərinin bahalaşacağına qarşı etiraz aksiyası keçirilir. Bu gün irimiqyaslı etiraz aksiyasının keçiriləcəyi gözlənilir. Həmçinin bu gün Belçika və Hollandiyada da etirazçılara dəstək aksiyasının keçiriləcəyi planlaşdırılır.

 




Ana səhifəyə qayıt        Baxış: 414          Tarix: 8-12-2018, 16:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma