Xəbər lenti

MDB-nin  seçki müşahidə missiyası Ermənistanda dünən keçirilmiş parlament seçkiləri ilə bağlı mövqeyini açıqlayıb.

Strateq.az bildirir ki, bununla bağlı müşahidəçilər bəyanatla çıxış ediblər: “Seçkilər açıq və şəffaf olub və çoxpartiyalı əsasda keçirilib” –deyə rəsmi açıqlamada bildirilir.

Hesabatda seçki zamanı ayrı-ayrı pozuntuların olduğu qeyd edilib və bildirilib ki, bunlar səsvermənin nəticələrinə təsir etmək gücündə deyil.

Bəyanatda deyilir ki, MDB-nin müşahidə missiyası açıq və şəffaf fəaliyyət göstərib.

MDB-nin müşahidə missiyasına 8 ölkəni və Rusiya-Belarus İttifaqını təmsil edən 84  nümayəndə daxil olub.

 




Ana səhifəyə qayıt        Baxış: 277          Tarix: 10-12-2018, 16:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma