Xəbər lenti

“Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması üzrə saziş yenidən nəzərdən keçirilməyəcək. Əldə edilən razılaşma yaxşı və balanslıdır, hesab edirəm ki, hər kəs razılaşmasız ssenarinin olmamasında maraqlıdır”.

Bunu Avstriya kansleri Sebastyan Kurts “Financial Times” qəzetinə müsahibəsində deyib.

Avropa İttifaqına sədrlik edən Avstriyanın kanslerinin sözlərinə görə, bu sənəd bir ildən çox davam edən danışıqlardan sonra hazırlanıb. O qeyd edib ki, Böyük Britaniya Baş naziri Tereza Mey və Aİ-nin əsas müzakirə aparan şəxsi Mişel Barnye “Brexit” sazişinin razılaşma ilə olması barədə ortaq məxrəcə gəlib və indi bu razılaşmanı dəstəkləmək və ya dəstəkləməməklə bağlı qərar verməyin vaxtı gəlib çatıb.

Böyük Britaniyanın Baş naziri Tereza Mey Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı sazişin şərtləri üzrə konsensus əldə etmək məqsədilə bu gün Avropa ölkələrinin paytaxtlarına səfərə başlayır.

Xatırladaq ki, D.Tusk Aİ ölkələrinin dövlət və hökumət başçılarını fövqəladə görüşə çağırıb. Görüşdə “Brexit” məsələsi, o cümlədən Britaniya tərəfinin ratifikasiya prosesini asanlaşdırması məsələsi müzakirə ediləcək.

Dünən Britaniya Baş naziri T.Mey parlemantdə “Brexit” üzrə sazişin dekabrın 10-na planlaşdırılan səsverməsinin təxirə salınmasına qərar verib/Report.

 




Ana səhifəyə qayıt        Baxış: 412          Tarix: 11-12-2018, 16:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma