Xəbər lenti

Türkiyə Qara dəniz sahillərində hərbi-dəniz qüvvələrinin yeni bazasını qurmağa başlayıb. Türkiyə mətbuatının yazdığına görə, hərbi obyekt Gürcüstan sərhədindən təxminən 150 kilometr məsafədə, Sürmen yaşayış məntəqəsində yerləşəcək. Oradan Rusiyanın Soçi şəhərinə 300, Sevastapola isə 650 kilometr birbaşa məsafə var.

Hərbi bazanın tikintisi planları hələ soyuq müharibə dövründən olub, amma Türkiyə hərbiyyəsinin bunun üçün vəsaiti yox idi və əsas vəsaitlər Ankaranın Egey dənizindəki mövqelərinin möhkəmləndirilməsinə yönəlmişdi.

İndi Türkiyənin Cənubi Qafqaz regionunun və Rusiyanın dəniz sahillərinin yaxınlığında yeni hərbi baza qurması Rusiya siyasi çevrələrində belə sual yaradıb: bu hərbi obyekt dünya konyunkturasının dəyişməsi halında Rusiyanın maraqlarına nə dərəcədə təhdid yarada bilər?

 

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun hərbi-siyasi araşdırmalar Mərkəinin eksperti Mixail Aleksandrov deyir ki, Türkiyənin Qara dənizdə baza tikməsi Rusiya ilə Ukraya arasında münaqişənin getdikcə kəskinləşdiyi, habelə Qərbin regionda mövqelərini möhkəmləndirməyə can atdığı bir vaxta təsadüf edir. Onun fikrincə Türkiyə Qara dənizə nəzarət uğrunda gələcək mübahisələrdə daha tutarlı mövqeyə malik olmaq istəyir. Ona görə də Türkiyənin Qara dənizdə donanmasını gücləndirəcəyini gözləmək lazımdır.

Bəs həmin baza hansısa formada Ermənistanı təhdid edə bilərmi? Digər rusiyalı ekspert-türkoloq, müasir Türkiyəni araşdırma Mərkəzinin rəhbəri Yuri Mavaşev bu suala cavab olaraq deyib ki, Ermənistanın Türkiyə ilə dəniz sərhədləri yoxdur. Üstəlik onların hərbi potensialı müqayisə olunmazdır.“Hesab etmirəm ki, Dağlıq Qarabağ münaqişəsinə hansısa formada müdaxilə etmək üçün baza tiksin. Buna sadəcə olaraq zərurət yoxdur”-rusiyalı ekspert deyib. (virtualaz.org)

 

 




Ana səhifəyə qayıt        Baxış: 331          Tarix: 12-12-2018, 15:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma