Xəbər lenti

Venesuelanın prezidenti Nikolos Maduro bəyan edib ki, ABŞ onun devrilməsi və öldürülməsi üçün plan hazırlayıb.

Strateq.az RBK-ya istinadən bildirir ki, bu barədə Maduro keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, qətlə yetirilməsi ilə bağlı planı ABŞ prezidenti Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton hazırlayır.

Ağ Evdə hazırlanan və venesuela demokratiyasına zorla müdaxilə cəhdini, mənə qarşı hazırlanan sui-qəsdi pisləyirəm”– deyən Maduro qeyd edib ki, ABŞ bu ittihamların qarşısında sui-qəsd iştirakçılarına xas şəkildə susur.

Maduronun sözlərinə görə, Bolton Kolumbiya ilə birgə onu öldürmək üçün 700 nəfərlik muzdlu dəstə hazırlayır. O, Kolumbiya prezidenti İvan Duke Markesin də bu sui-qəsd planının iştirakçısı olduğunu deyib.

 




Ana səhifəyə qayıt        Baxış: 372          Tarix: 13-12-2018, 13:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma