Xəbər lenti

 Haitidə ABŞ-a qarşı etiraz aksiyası keçirilib.

Ovqat.com Virtualaz.org-a istinadən bildirir ki, etirazçılar ABŞ-dan imtina edilməsini istəyib və böhrandan çıxış yolu tapmaq üçün Moskva, Pekin və Karakasa müraciət ediblər.

“Biz əlaqələrin ABŞ-la birdəfəlik qoparılmasını elan etmək istəyirik. ABŞ işğalı artıq kifayətdir, artıq bu cür bacarmırıq”, - etirazçıların liderlərindən biri qeyd edib.

Etirazçılar paytaxtda ABŞ bayraqlarını yandıraraq ölkənin hazırkı və əvvəlki prezidentlərini Vaşinqtonun əlaltısı adlandırıblar.

“Amerikalılar rədd olsun, yaşasın Putin!”, - aksiyaçılar bu şüarla çıxış ediblər.




Ana səhifəyə qayıt        Baxış: 456          Tarix: 17-02-2019, 14:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma