Xəbər lenti
7-03-2019, 22:48

 “Biz Azərbaycana nəinki Əfqanıstanda NATO-nun həyata keçirdiyi “Qətiyyətli dəstək” missiyasına verdiyi dəstəyə, həm də Əfqanıstan Milli Ordusunun məqsədli fonduna vəsait köçürdüyünə görə minnətdarıq”.

“Report” xəbər verir ki, bu, NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına Azərbaycanın qoşulmasının 25 illiyi münasibətilə Xarici İşlər Nazirliyinin rəsmi dərgisində dərc olunan NATO-nun Baş katibi Yens Stoltenberqin məqaləsində bildirilir.

“Əməkdaşlığın gələcəkdə daha da genişlənməsini səbirsizliklə gözləyirik. Ötən 25 il ərzində Azərbaycan bizim daima genişlənən şəbəkəmizdə ən fəal və etibarlı tərəfdaşlardan olub. Biz qurduğumuz münasibətlərlə, birgə səylərlə nail olduqlarımızlarla fəxr edirik”, – deyə qeyd edən müəllif Cənubi Qafqazda təhlükəsizliyin qorunub saxlanmasının NATO üçün əhəmiyyətli olduğunu da bildirilir.

“Biz münaqişələrin beynəlxalq hüququn, BMT Nizamnaməsinin, Helsinki Yekun Aktının prinsip və normaları əsasında həlli istiqamətindəki səyləri dəstəkləməkdə davam edirik”, – Baş katib qeyd edib.




Ana səhifəyə qayıt        Baxış: 60          Tarix: 10-05-2019, 23:36      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Ən çox oxunanlar