Xəbər lenti

 

İran əvvəlki kimi OPEC+ sazişində iştirak etməyəcək.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Bildirilir ki, İran OPEC+ sazişi çərçivəsində neft hasilatı ixtisarının uzadılması üzrə OPEC-in razılaşmasını istisna edib. İranın neft naziri Bijan Zanqaneni jurnalistlərə açıqlamasında bunu təsdiqləyib. "Bəli, əvvəlki kimi ", - o deyib.

Nazir istisnaların həmçinin Liviya və Venesuelaya da aid olub-olmaması barədə suala "bəli, mən belə düşünürəm", - cavabını verib.

Qeyd edək ki, Avstriyanın paytaxtı Vyanada keçirilən OPEC Nazirlər Şurasının iclasında qərara alınmış neft hasilatının azaldılmasına dair razılaşmanın müddəti 9 ay uzadılıb.




Ana səhifəyə qayıt        Baxış: 360          Tarix: 2-07-2019, 09:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma