Xəbər lenti

 

Əgər İran liderləri ABŞ-la danışıqlar aparmaq istəyirlərsə, o zaman prezident Donald Tramp onların “zəngini gözləyir”.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə açıqlamanı Dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortaqus jurnalistlərlə görüşü zamanı bildirib.

“Bizim Ayətullah Əli Xameneidən və prezident Həsən Ruhanidən bir tələbimiz var. Onlar bölgəni terror halına saldıqları barədə diqqətlə fikirləşsinlər və bunu dayandırmaq haqqında fikirləşsinlər. Əgər onlar özlərini normal ölkə kimi necə aparmalı və sanksiyalardan qurtularaq sülh şəraitinə necə qayıtmalı olduqları barədə danışmaq istəyirlərsə, o zaman onlar kimə zəng edəcəklərini dəqiq bilirlər. Bu, prezident Trampdır. Və prezident onlardan zəng gözləyir”, - Ortaqus belə deyib.




Ana səhifəyə qayıt        Baxış: 362          Tarix: 9-08-2019, 07:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma