Xəbər lenti

 

BMT-nin Baş katibi Antonio Quterreş Hindistan və Pakistanı Cammu və Kəşmirin statusuna təsir edə biləcək hər hansı hərəkətdən daşınmağa çağırıb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, belə bir açıqlama ilə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinq zamanı çıxış edib.

Onun sözlərinə görə, A.Quterreş hadisəni narahatlıqla izləyir və hər iki tərəfi təmkinli olmağa çağırır. Baş katib, həmçinin Hindistan və Pakistan arasında 1960-cı ildə bağlanmış sazişə əməl etməyin vacibliyini xatırladıb.

İslamabad və Nyu-Dehli arasında davam edən gərginlik Hindistanın Cammu və Kəşmir əyalətinin xüsusi statusunu ləğv edərək bu regionda iki müttəfiq ərazi yaratmaq barədə qərarı ilə bağlıdır. Bu məqsədlə Hindistan parlamenti öz Konstitusiyasında 370-ci maddənin ləğvini təsdiqləyib.




Ana səhifəyə qayıt        Baxış: 445          Tarix: 9-08-2019, 09:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma