Xəbər lenti

 

Rusiyanın Krasnoyarsk diyarının Açinsk şəhərində artilleriya anbarı yaxınlığında partlayış baş verib.

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 5 nəfər xəsarət alıb.

Kamenka yaşayış məntəqəsindən 500 metr uzaqlıqda qatarın hərəkəti zamanı partlayış olub və qatarın şüşələri sınıb. Xəsarət alan 5 nəfərdən 4-ü xəstəxanaya yerləşdirilib. Travma alan və şüşə parçalarının yaraladığı həmin şəxslərin durumu orta ağırdır.

Qeyd edək ki, avqustun 5-də Krasnoyarsk diyarının Açinsk şəhərində hərbi hissənin ərazisində partlayışla müşayiət olunan yanğın baş verib. Partlayış nəticəsində 4 nəfər xəsarət alıb. Anbarın yaxınlığında yerləşən yaşayış məntəqələrinin sakinlərinin təxliyəsinə qərar verilib.




Ana səhifəyə qayıt        Baxış: 402          Tarix: 9-08-2019, 20:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma