Xəbər lenti

  Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin həyat yoldaşı Raisa Atambayevaya qarşı cinayət işi açılacaq.

TASS xəbər verir ki, bunu Raisa Atambayeva jurnalistlərə açıqlamasında özü deyib. Onun nədə ittiham olunması, Cinayət Məcəlləsinin hansı maddəsi ilə iş açılacağı bilinmir. Ölkənin sabiq birinci xanımı həbs olunacağından ehtiyat edir.

Bundan əlavə, keçmiş birinci xanım jurnalistlərə böyük oğlunun "vəhşicəsinə döyüldüyünü" də bildirib.

Qeyd edək ki, Almazbek Atambayev korrupsiya, vəzifə səlahiyyətlərindən sui-istifadə, dövlət çevrilişinə cəhd ittiham ilə həbs olunub.




Ana səhifəyə qayıt        Baxış: 365          Tarix: 16-08-2019, 14:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma