Xəbər lenti

 

ABŞ və Rusiya arasında tammiqyaslı nüvə müharibəsi təxminən on il müddətində sərt və soyuq qışın hücumuna gətirib çıxaracaq.

Belə nəticəyə Ratqersk Universitetinin (ABŞ, Nyu-Cersi ştatı) alimləri gəliblər.

Tədqiqata əsasən, nüvə silahının genişmiqyaslı tətbiqiylə yaranacaq yanğınlar atmosferə 147 milyon ton his atacaq. Böyük his kütləsi bir neçə həftə ərzində strasfer küləkləri ilə bütün Yer kürəsi üzrə yayılaraq Günəş işığının qabağını tutacaq. Ekspertlər proqnozlaşdırırlar ki, ki, his pərdəsinin gözəçarpacaq dərəcədə təmizlənməyə başlaması üçün təxminən yeddi il,

Öz növbəsində, his pərdəsinin mövcudluğu temperaturun 8 dərəcə düşməsinə gətirib çıxaracaq. Tədqiqat göstərir ki, bu səviyyədə temperatur anomaliyası dörd il davam edəcək və müharibədən əvvəlki göstəricilərə tam qaytarılması üçün on ilə yaxın müddət lazım olacaq.




Ana səhifəyə qayıt        Baxış: 361          Tarix: 17-08-2019, 12:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma