Xəbər lenti

  

Husilər 10 pilotsuz uçan aparat vasitəsilə Səudiyyə Ərəbistanının “Saudi Aramko” şirkətinə məxsus “Şeyba” neft yatağına hücum ediblər.

Bu məlumatı “Röyter” agentliyi yayıb.

Husilər yaydıqları bəyanatda Səudiyyə Ərəbistanının BƏƏ ilə sərhəddəki zavodları və neft mədənlərini hədəfə aldıqlarını bildiriblər.

“Saudi Aramko” şirkəti və Ər-Riyada husilərin bəyanatıyla bağlı heç bir şərh verməyib.




Ana səhifəyə qayıt        Baxış: 396          Tarix: 17-08-2019, 16:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma