Xəbər lenti
Dünən, 21:04
Dünən, 17:11

 

"WhatsApp" messenceri fəaliyyət göstərdiyi 10 ildən çox müddət ərzində son dərəcə təkmilləşib.

Proqramın ilkin versiyasında yalnız yazılı mesajlar göndərmək mümkün idisə, hazırda onun vasitəsilə hətta qrup şəklində audio və video-zənglər etmək mümkündür

Avqustun 18-də isə messencerin xidmətləri siyahısına çoxdan gözlənilən daha bir funksiya əlavə olunub.

Rəsmi mənbələrdən alınan məlumata əsasən, artıq "WhatsApp"ın "Android" üçün nəzərdə tutulan yeni 2.19.221 versiyası istifadəçilərin ixtiyarına verilib. Hazırda proqram sınaq versiyasındadır. Yekun versiyası çox güman ki, ən tezi sentyabrda işə salınacaq.

Söhbət xüsusi yeni "barmaq izi" funksiyasından gedir. Belə ki, bundan sonra bütün şəxsi məlumatlar yalnız adi parolla deyil, barmaq izləri ilə də qorunacaq. Bu funksiyanı aktivləşdirdikdə hər dəfə messenceri işə salmaq üçün barmaq izini skan etmək lazım olacaq. Beləliklə, yazışmaları kənar şəxslərin əlinə düşməkdən qorumaq daha rahat olacaq.

Bunun üçün sazlamalara daxil olaraq "Məxfilik" bölməsində "Barmaq izi"ni seçmək lazımdır.

Oxu.az-a istinadən




Ana səhifəyə qayıt        Baxış: 26          Tarix: 19-08-2019, 23:02      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent