Xəbər lenti

 

İraqın Səlahəddin vilayətində yerləşən əl-Bəkr aviabazasının silah-sursat anbarında yanğın baş verib.

Axar.az xəbər verir ki, bu barədə İraqın NRT telekanalı məlumat yayıb.

Yanğının baş verdiyi anbar Haşdi Şabi milisinə məxsusdur.

Mülki müdafiə qüvvələri hadisə yerinə yollansa da, hələ ki, yanğını lokallaşdırmaq mümkün olmayıb.

Bundan əlavə, bildirilib ki, amerikalı hərbçilər bazadan əməkdaşları evakuasiya etməyə başlayıb.

Yanğının hansı səbəbdən baş verdiyi açıqlanmır.




Ana səhifəyə qayıt        Baxış: 331          Tarix: 20-08-2019, 22:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma