Xəbər lenti

 

Türkiyə Jandarm komandanı general Arif Çətin PKK terror təşkilatına qarşı üç vilayətdə “Kıran” adlı əməliyyat keçirildiyini bildirib.

Teleqraf.com xəbər verir ki, PKK terror təşkilatına qarşı Van, Hakkiri və Şırnak vilayət jandarm komandanlarının iştirakı ilə davam edən əməliyyata ə Vanın Gürpinar qəsəbəsi Bulğurlu bölgəsindəki hərbi birliklər də qoşulub.

Bölgə terrorçulardan tamamilə təmizlənənədək terrorla mübarizənin koordinasiyalı şəkildə davam edəcəyini vurğulayan general Çətin təhlükəsizlik qüvvələrinin terrorçuların sığınacaqlarına girdiyini vurğulayıb:

“Dağlar terrorçulardan tamamilə təmizlənib. Qalan ünsürlər varsa, ən yaxın zamanda təmizləyəcəyik. Bu bölgə tamamilə terrorçulardan azad olunacaq”.




Ana səhifəyə qayıt        Baxış: 247          Tarix: 21-08-2019, 16:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma