Xəbər lenti

 

ABŞ Böyük Britaniyanın baş naziri Boris Consonun rəfiqəsi Kerri Simondsa viza verməkdən imtina edib.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Britaniya KİV-inin yazdığına görə, Krallığın hakim Mühafizəkarlar Partiyasında ictimaiyyətlə əlaqələr üzrə keçmiş direktor olan K.Simonds ABŞ-da fəaliyyət göstərən "Oceana" təbiəti mühafizə üzrə xeyriyyə təşkilatında işləmək məqsədilə ABŞ vizası üçün müraciət etsə də, amerikalı səlahiyyətlilər onun 1991-ci ildə özünü müstəqil elan etmiş Somalilend dövlətinə 2018-ci ildə səfər etməsi səbəbindən viza istəyini rədd ediblər. Qeyd edək ki, həmin səfər zamanı K.Simonds tanınmayan dövlətin başçısı Muse Bihi Abdi ilə görüşüb və onunla qadın hüquqları və okeanların çirklənməsi mövzularını müzakirə edib.

Qeyd edək ki, Somalilend dövləti Afrika Buynuzu yarımadasının şimal hissəsində, keçmiş Britaniya Somalisi koloniyasının ərazisində yerləşən və beynəlxalq ictimaiyyətin Somalinin bir hissəsi olaraq tanıdığı ərazidir.

Viza ilə bağlı vəziyyət həm də onunla çətinləşir ki, K.Simonds rəsmən B.Consonla evli olmadığından baş nazirin ofisinə müraciət də edə bilmir. Xatırladaq ki, B.Conson hələ də Marina Uiler ilə evlidir.

K.Simondsun özü, ABŞ diplomatik nümayəndəliyinin və Dauninq-stritin nümayəndələri məsələyə şərh verməkdən imtina edib.




Ana səhifəyə qayıt        Baxış: 31          Tarix: 21-08-2019, 17:27      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent